Koçaryanın məhkəmə prosesində növbəti iclas keçirilib
30.03.2021
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi davam edir.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, növbəti məhkəmə iclası bu gün keçirilib.
Məhkəmədə həmçinin KTMT-nin sabiq katibi Yuri Xaçaturov və Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ittiham olunurlar.
Qeyd edək ki, bugünkü iclas Konstitusiya Məhkəməsinin proses barədə verdiyi qərardan sonra keçirilən ilk iclasdır.