ABŞ dövlət katibi Çinin siyasətini sərt tənqid etdi
30.03.2021
ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici siyasətini sərt tənqid edib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Blinken "La Stampa" nəşrinə müsahibə verib.
Blinken Çini dünya nizamını pozmaqda ittiham edib. Dövlət katibinin sözlərinə görə, Çin "oyun qaydaları"na uyğun oynamır.