Paşinyanın partiyadaşları seçkilərdə ona kömək etməyə tələsmirlər
30.03.2021
Ermənistan mətbuatı baş nazir Nikol Paşinyan və partiyadaşları arasındakı münasibətlər barədə yazır.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir məqalə "Hraparak" qəzetində dərc olunub.
Qəzet yazır ki, Paşinyan partiya funksionerlərinə və yerli təşkilatlara erkən parlament seçkilərində aktiv iştirak etmək, seçki kampaniyasının təşkili üçün bölgələrdə qərargahlar yaratmaq və təbliğat-təşviqat işlərinə hazırlaşmaq barədə tapşırıq verib. Lakin partiyadaşları baş nazirə bu mövzuda kömək etməyə tələsmirlər. Onlar partiyanın proporsional siyahısının elan olunmasını gözləyirlər. Əgər Paşinyan namizəd siyahısında onlara ilk sıralarda yer verməsə, funksionerlər təbliğat-təşviqat prosesinə qatılmayacaqlar.
Materialda qeyd olunub ki, Paşinyanda partiya siyahısını elan etməyə tələsmir və namizədlər haqqında hələ düşünür.