21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sarkisyandan seçkilərlə bağlı AÇIQLAMA

30.03.2021

 Əgər seçkilər indiki konstitusiya şərtləri ilə keçirilsə, növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda daxili siyasi böhranın davam edəcəyini istisna etmək olmaz.

DM xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli "Aravot.am" portalına müsahibəsində deyib.

"Əgər biz konstitusiyamızın islahata ehtiyacı olduğunu düşünürüksə, siyasi qüvvələrin seçkilərdən sonra bir-birini yenidən ittiham etməməsini istəyiriksə, onda mən irəli sürdüyüm təklifimin üzərində işləməyimizdə inad edəcəm”, - o vurğulayıb.

"Əks təqdirdə seçkilərdən sonra təəssüf ki, siyasi böhrana yenidən gətirib çıxara bilən müxtəlif qərarlar mümkündür", - Sarkisyan əlavə edib.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları 2020-ci ilin 10 noyabrından – Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin Qarabağda atəşin dayandırılması, rəsmi Yerevanın kapitulyasiyası haqqında üçtərəfli bəyanatın imzalanmasından sonra keçirilir.

Ölkədə vəziyyət bu ilin 25 fevralında silahlı qüvvələrin baş qərargahının baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb etməsindən sonra daha da pisləşib.

Paşinyan buna cavabında Ermənistanda dövlət çevrilişinə cəhdin olduğunu elan edib və prezidentə baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı müraciət edib. Lakin prezident Armen Sarkisyan bununla bağlı fərmanı imzalamayıb.