Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirdi
29.03.2021
Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Kandil məntəqəsində gerçəkləşdirilib. Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatı (MİT) də əməliyyatda iştirak edib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının narkotik trafikində iştirak edən, insan alveri və silah qaçaqmalçılığı cinayəti ilə məşğul olan "gömrük kordinatoru" Ömer Aydın zərərsizləşdirilib.