21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Emin Ağalarov musiqi şirkətini 25 milyon dollara satdı

29.03.2021

Xalq artisti Emin Ağalarovla müğənni Bəxtiyar Əliyev (Bahh Tee) təsis etdikləri "Zhara Music” leyblını satıb.

Sözügedən musiqi şirkətini "Warner Music Group” satın alıb. Bundan sonra səsyazma etiketi Amerikanın "Atlantic Records” şirkətinin Rusiya şöbəsi kimi fəaliyyət göstərəcək.

Rusiyanın MUZ TV kanalı bu razılaşmanı ölkənin musiqi sənayesi tarixindəki ən iri müqavilələrdən biri olaraq dəyərləndirib. "People Talk” teleqram kanalına görə, "Zhara Music” 25 milyon dollara satılıb.

Xatırladaq ki, "Zhara Music” 2018-ci ildə yaradılıb. Etiketdə Emin Ağalarov, HammAli və Navai, Rauf və Faik, Jony və bir çox populyar sənətçilər yer alıb.