Ermənistanda vəzifəli şəxslər rüşvət alarkən tutuldu
29.03.2021
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) paytaxt Yerevanda rüşvət alan polis zabitini və daha 3 nəfəri saxlayıb.
DM xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Yerevanın Nor-Norka rayonunun polis bölməsinin baş müfəttişi, mayor M.E. cinayət işlərindən biri üzrə şahid qismində tanınan N.X. barədə cinayət işinin başlanmasının qarşısını almaq məqsədi ilə ondan rüşvət istəyib. Mayor ondan əvvəlcə 5 min dollar tələb edib. Ancaq "sövdələşmə” nəticəsində məbləğ 4 min dollara endirilib. N.X. bu məbləğin yarısını verib.
Tərəflər kafelərdən birində görüşüblər. MTX-nin əməkdaşları kafedən çıxan polis mayoru və cinayətdə şübhəli bilinən daha 3 nəfəri saxlayıb.