Venesuela prezidentindən vaksin ilə bağlı TƏKLİF
29.03.2021
Venesuela prezidenti Nikolas Maduro koronavirusa qarşı vaksinlərlə bağlı maraqlı təkliflə çıxış edib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Maduro vaksin istehsal edən ölkələrə pul əvəzinə neftlə mübadilə təklif edib.
Bu barədə "Twitter" səhifəsində paylaşım edən prezident "Xalqın sağlamlığını qorumaq üçün Venesuelanın kifayət qədər resurs və ehtiyatları mövcuddur", - deyə qeyd edib.