21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Dünyanın ən bahalı balı” rekordlar kitabına düşdü

29.03.2021

Ginnes Dünya Rekordları rəsmi internet saytından yayılan məlumata görə Türkiyədə arı koloniyalarından uzaqda və dəniz səviyyəsindən 2500 metr yüksəklikdəki mağaralardan çıxarılan kantaron balı kilosu 10 min avro (96 min TL) ilə "Dünyanın ən bahalı balı” olaraq Ginnesin rekordlar kitabına düşüb.

DM xəbər verir ki, münsiflərin sözlərinə görə, rekordun qırılmasının səbəbi balın çox keyfiyyətli olmasıdır.

Belə ki, ənənəvi baldan çox fərqli olan kantaron balı tünd rəngdə və bir az acı dada malikdir. Bundan başqa, bal maqnezium, kalium, fenol, flavanoid və antioksidanlar baxımından zəngindir.

Ən yaxşı və keyfiyyətli balı əldə etmək üçün arılara ənənəvi üsullardan çox fərqli baxım, müəyyən qaydaları yerinə yetirmək lazım gəlir ki, bu da bal istehsalını olduqca çətinləşdirir.

İldə 2-3 dəfə toplanan ticari ballardan fərqli olaraq kantaron balı ildə cəmi bir dəfə toplanır.