Bu, Trampın Çinə təzyiq aləti idi: davam edəcək - ABŞ
29.03.2021
Bayden administrasiyası hələlik Trampın Çinin tədarük etdiyi mallara və xidmətlərə gömrük rüsumlarını ləğv etməyi planlaşdırmır.
DM xəbər verir ki, bunu ABŞ-ın ticarət danışıqlarında yeni nümayəndəsi Ketrin Tay deyib.
"Mən tez-tez rüsumların ləğv edilməsi barədə fikirlər eşidirəm. Bu fikirləri bölüşmürəm. Ona görə ki, tariflərin dərhal ləğvi iqtisadiyyata zərbə vura bilər. Rüsumların ləğvi prosesindən əvvəl bazardakı oyunçular müəyyən korrektələr etməyi bacarmalıdırlar və planlaşdırma imkanlarına sahib olmalıdırlar”, – deyə o bildirib.
Tayın sözlərinə görə, rüsumlar Çinlə danışıqlarda alətdir və heç kim bu təzyiq rıçağından imtina etməyəcək.