Türkiyədə son sutkada koronavirusdan 153 nəfər öldü
27.03.2021
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 153 nəfər vəfat edib.
DM xəbər verir ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 081 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 20 208, ağır xəstələr isə 1810 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 3 149 094 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 921 037 nəfər sağalıb, 30 772 nəfər isə həyatını itirib.