21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Daha bir ölkədə karantinin müddəti uzadıldı

26.03.2021

Cənubi Koreya hökuməti koronavirus pandemiyası ilə əlaqədar sərt karantin tədbirlərini daha iki həftə müddətinə uzadıb.

DM xəbər verir ki, bunu ölkənin baş naziri Çon Se Gyun deyib.

O bildirib ki, mövcud məhdudiyyətlərin müddəti aprelin 11-dək uzadılıb.

Məhdudiyyətlər bir məkanda dörd nəfərdən çox şəxsin toplaşması qadağasını və ictimai iaşə müəssisələrinin işinin məhdudlaşdırılmasını əhatə edir.

Qeyd edək ki, bu günədək Cənubi Koreyada koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb, 1 716 nəfər vəfat edib.