21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədi təsdiqlədi

25.03.2021

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

DM xəbər verir ki, sənəd 2020-ci il fevralın 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını nəzərdə tutur.

Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Şurasına üzv olan ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən 9-cu Zirvə toplantısında qəbul edilən qərar əsasında yaradılıb. Təşkilatın mənzil- qərargahı Bakı şəhərində yerləşir.