03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Twitter"in gəliri artdı

27.07.2018

"Twitter”in ikinci rüb üçün maliyyə hesabatı açıqlandıqdan sonra şirkət səhmləri 16,16% ucuzlaşıb.
İKT.lent.az-ın xəbərinə görə, mikrobloqun aktiv istifadəçilərinin sayı 335 milyon olub və gözləntilərin gerisində qalıb. Nəticədə səhmlər iyulun 26-da 2,89% azalaraq 42,94 dollara düşdükdən sonra bu gün də ucuzlaşma davam edib və 1 səhmin qiyməti 36 dollara qədər enib.

"Twitter”in hesabatına əsasən:

- İkinci rübdə gəlirlər 24% artaraq 711 milyon dollara çatıb;
- Reklam gəlirləri 23% artaraq 601 milyon dollar təşkil edib;
- Ortalama aylıq istifadəçi sayı ilk rübdə 336 milyon nəfər olduğu halda, 2-ci rübdə 335 milyon nəfərə düşüb;
- Ortalama aylıq istifadəçilərin 68 milyonu ABŞ-dan, 267 milyonu isə dünyanın digər ölkələrindəndir;
- Gündəlik istifadəçilərin sayı illik 11% artıb.