Rusiyada bir gündə 427 nəfər koronavirusdan öldü
23.03.2021
Rusiyada son sutka ərzində daha 8457 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
DM-in Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 474 610 nəfərə çatıb.
Son sutka ərzində 427 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 95 818 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.