18 10 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putin orduya əmr verdi

22.03.2021

 Qara dənizdə gərgin anlar yaşanır.

DM xəbər verir ki, ABŞ-a məxsus hərbi gəmilər Türkiyənin də aralarında olduğu 14 ölkə ilə birgə NATO təlimlərində iştirak etmək üçün Rumıniya sahillərinə gəlib. Bildirilir ki, ABŞ-ın raketlərlə təchiz olunmuş döyüş gəmisini bölgəyə göndərməsi Moskvanı qəzəbləndirib.

Ria Novosti agentliyinin məlumatına görə, Rusiya bölgədəki bütün sualtı qayıqları əraziyə cəlb edib. Rusiyalı komandanlar prezident Vladimir Putinin həmləsini "bənzəri görülməmiş” sözləriylə ifadə edib.

Donanma komandiri admiral İqor Osipovun sözlərinə görə, Qara dəniz donanmasında bütün sualtı qayıqlara bazadan ayrılmaq əmri verilib. Donanma kapitanı Anatoli Varoçki isə bildirib ki, indiyə qədər belə irimiqyaslı hərəkətlilik yaşanmayıb.