"10 terrorçu zərərsizləşdirildi" -Türkiyə MN
22.03.2021
Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimalındakı "Fərat Qalxanı” əməliyyatı bölgəsində pilotsuz uçan aparat vasitəsilə 10 terrorçunu müəyyənləşdirərək zərərsizləşdiriblər.
DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Kilisə qarşı edilən terror hücumunun qisasını almağa davam edirik”, - nazirlik vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb.