Aralıq dənizində ilk quyu
27.07.2018
Türkiyə Aralıq dənizində ilk quyunu bu il qazacaq.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O bildirib ki, may ayından qazma fəaliyyətinə başlayan "Fatih” gəmisi ilə Aralıq dənizində ilk quyu bu il qazılacaq: "Türkiyənin təbii qaz üzrə təhlükəsizliyini təmin edəcək sistemin qurulması mühüm əhəmiyyət daşıyır. Silivri və Tuz gölü təbii qaz anbarlarının mövcud tutumunun artırılması üzrə işlər davam edir. Hədəfimiz Türkiyənin illik təbii qaz istehlakının ən azı 20 faizini təmin edə biləcək qaz anbarları infrastrukturunu yaratmaqdır”.