Bu ölkədə karantin rejiminə qarşı etiraz aksiyası keçirildi
22.03.2021
Niderlandda koronavirusa qarşı tətbiq edilən karantin rejimin etiraz olaraq etiraz aksiyası keçirilib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtı Amsterdam şəhərində keçirilən nümayişdə 150-dən çox şəxs saxlanılıb.
Polis 300 nəfərin iştirak etdiyi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib. Bildirilib ki, saxlanılan etirazçılar mövcud qanunvericiliyin "ictimai asayişi pozma” maddəsinə görə nəzarət altına alınıb.
Paytaxt meriyasından isə bildirilib ki, aksiyada rəsmi olaraq 58 nəfər saxlanılıb.