Tramp: Türkiyəyə sanksiya tətbiq edəcəyik
27.07.2018
Amerikalı rahib azadlığa buraxılmazsa, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edərik.
Bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.
"Ya Endryu Bransonu azadlığa buraxırsınız, ya da ağır nəticələri ilə qarşılaşacaqsınız”, - deyə amerikalı rəsmi bildirib.
Qeyd edək ki, 2 ildir həbsdə olan amerikalı rahib Branson dünən ev dustaqlığına buraxılıb.
"Rahib Endryu Branson tamamilə azadlığa buraxılmazsa, Türkiyəyə genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq edəcəyik."
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.