21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Beş boksçumuz beynəlxalq turnirdə finala yüksəldi

20.03.2021

 Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turnirində yarımfinal mərhələsi başa çatıb. 

DM Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, həlledici mərhələyə Azərbaycan millisinin 5 boksçusu vəsiqə qazanıb.

Komandamızın heyətində Məsud Yusifzadə (52 kq) finala gedən yolda Dəmir Abdıkadiri (Qazaxıstan) 4:1 hesabı ilə məğlub edib. O, çempionluq üçün qırğızıstanlı Azat Usamaliyevlə döyüşəcək.

63 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev də uğurlu çıxışını davam etdirir. Dünya çempionumuz yarımfinalda Bulat Ersultana (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda türkiyəli Hakan Doğanı sınağa çəkəcək.

Sərxan Əliyev (69 kq) Maksim Molodanla (Ukrayna) gərgin keçən görüşdən üstün ayrılıb. O, yarımfinal qarşılaşmasını 3:2 hesabı ilə qazanıb. Boksçumuz həlledici döyüşdə Darxan Dusebayla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Kamran Şahsuvarlı (75 kq) yarımfinalda Omurbek Bekjiqitlə (Qırğızıstan) üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Olimpiya mükafatçımız turnirdə son qarşılaşmasında Veron Fransisko (Argentina) ilə qüvvəsini sınayacaq.

+91 kq çəki dərəcəsində yarışan Məhəmməd Abdullayev Mehmetcan İşıka (Türkiyə) heç bir şans verməyib – 5:0. Təmsilçimiz finalda türkiyəli Berat Açarla döyüşəcək.

Onlardan fərqli, Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) mübarizəni yarımfinalda dayandırıblar. Müvafiq olaraq, qırğızıstanlı Uulu Esenbekə və Mehmet Unala (Türkiyə) məğlub olan boksçularımız yarışı bürünc medalla bitiriblər.

Qeyd edək ki, finallar martın 20-də keçiriləcək.