Maksim Şevçenko Dumaya namizədliyini irəli sürəcək
19.03.2021
Rusiyalı tanınmış jurnalist, ictimai-siyasi xadim Maksim Şevçenko Dövlət Dumasına keçiriləcək seçkilərdə namizəd olacağını açıqlayıb.
DM xəbər verir ki, M. Şevçenko Moskvanın 209-cu seçki dairəsindən deputatlığa namizədliyi irəli sürəcəyini bildirib.
Qeyd edək ki, M. Şevçenko İkinci Qarabağ müharibəsi zamanı haqlı mövqeyi ilə Azərbaycan ictimaiyyətinin böyük rəğbətini qazanıb.