Şahmar Mövsümovdan vətəndaşlara ÇAĞIRIŞ
19.03.2021
Bayramlar ərəfəsində vətəndaşlarımızı mümkündürsə heç hara çıxmamağa, özlərini qorumağa çağırıram. Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək”.
DM xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.