Türkiyə Hərbi Dəniz Qüvvələri Çanaqqala zəfəri ilə bağlı fəxri keçid təşkil etdi
19.03.2021
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Çanaqqala zəfəri ilə bağlı fəxri keçid təşkil edib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat verib.
Keçiddə gəmilərlə yanaşı, HDQ-yə məxsus patrul helikopterləri də iştirak edib. Şəhidlər abidəsi də keçid zamanı salamlanıb.