Baydenlə Putinin görüşü bu tarixlərdən birində baş tuta bilər
19.03.2021
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə görüşü barədə danışıb.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov görüşün mümkün ola biləcəyi tarixlər verib.
"Baydenlə Putinin görüşü martın 19-u və ya 22-si baş tuta bilər", - deyə Peskov söyləyib.
Ağ Evin nümayəndəsi Cen Psaki isə Baydenin məşğul olduğunu və Putinlə görüşə bilməyəcəyini bildirmişdi.