Qırğızıstanda tədbirlər ləğv olundu
19.03.2021
Qırğızıstanda Novruz bayramı ilə bağlı keçirilən rəsmi tədbirlər ləğv olunub.
DM Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.
Belə ki, yoluxma sayında artım riski nəzərə alınaraq, bayram münasibətilə keçirilən bütün kütləvi tədbirlər ləğv olunub.
Qeyd edək ki, Qırğızıstanda Novruz bayramı 21-22 mart tarixlərində qeyd olunur.