21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xocavəndin İcra Hakimiyyətliyi Hadruta köçürülə bilər

19.03.2021

 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa rayonlarının qovşağında yerləşən Hadrut qəsəbəsi strateji əhəmiyyət daşıdığından Azərbaycan Ordusu üçün bu yaşayış məntəqəsinin azad edilməsi qaçılmaz idi. Və uğurlu hərbi əməliyyat nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi.

Təsadüfi deyildi ki, Hadrutun strateji əhəmiyyətini anlayan Ermənistan rəhbərliyi, düşmən ölkənin rəsmi şəxsləri Hadrut Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra da bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Məqsəd erməni əhalisini təşvişə salmamaq idi.

Məhz Hadrutun azad edilməsindən sonra Ordumuz Şuşaya istiqamət götürdü. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün Hadrutu azad etmək önəmli idi. 

Qeyd edək ki, keçmiş Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilib. Keçmiş Martuni rayonunun isə böyük hissəsini azad olunub. Bu iki keçmiş rayon hazırda Xocavənd rayonunun inzibati ərazisinə daxildir.

Xocavəndin ərazisinin böyük hissəsi işğaldan azad edilsə də, rayon İcra Hakimiyyəti hazırda Beyləqanda fəaliyyət göstərir.

Bəs Xocavənd rayon İcra Hakimiyyətliyi Beyləqandan azad olunmuş Hadrut ərazisinə köçürülə bilərmi?

Modern.az-ın bu sorğusunu Xocavənd rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şaiq Aslanov cavablandırıb.

O, bu məsələnin İcra Hakimiyyətinin səlahiyyətində olmadığını qeyd edib:

"Bildiyimiz kimi, Xocavənd İcra Hakimiyyəti hazırda Beyləqan ərazisində fəaliyyət göstərir. İcra Hakimiyyətinin Hadrut ərazisinə köçürülməsi isə bizdən asılı olan bir məsələ deyil. Xocavənd İcra Hakimiyyətinin Hadrut ərazisinə köçürülüb, orada fəaliyyət göstərməsi yalnız Prezident Administrasiyası tərəfindən veriləcək qərar əsasında müəyyənləşə bilər.

Amma onu qeyd edim ki, Xocavəndin işğaldan azad olunmuş kəndlərinin sakinləri tərəfindən bizə Hadruta köçürülmə ilə bağlı yazılı və şifahi müraciətlər daxil olur”.