Paşinyan seçkilərin tarixini açıqladı
18.03.2021
Ermənistan baş naziri Nikol Paşinyan erkən seçkilərin tarixini açıqlayıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə "Facebook" səhifəsində yazıb.
20 iyun 2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
"Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Tsarukyanla görüşüm biraz əvvəl baş tutdu. Görüş zamanı mövcud siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğu qənaətinə gəldik. Prezident, "Mənim addımım" fraksiyası, İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyanla apardığım müzakirələri nəzərə alaraq, bu il iyunun 20-də respublikada növbədənkənar parlament seçkiləri keçiriləcək", - deyə Paşinyan qeyd edib.