Britaniya ştammı yaş tanımır
18.03.2021
COVID-19 virusunun Britaniya ştammının peyvənd olunanlar üçün təhlükəsi yoxdur.
Bu fikirləri tibb professoru Ədalət Rüstəm deyib.
Onun sözlərinə görə, virusun bu növünün yoluxuculuq qabiliyyəti yüksəkdir:
"Bu növə yoluxanlar xəstəliyi ağır keçirirlər. Vətəndaşlara tövsiyəmiz budur ki, karantin qaydalarına mütləq riayət edin, peyvənd olunun. Vaksinasiya Britaniya ştampının da qarşısını alır".
Ədalət Rüstəm qeyd edib ki, 65 yaşdan yuxarı şəxslərin virusa yoluxma ehtimalı çox yüksəkdir: "Nəzərə alsaq ki, 65 yaşdan yuxarı şəxslərin əksəriyyəti peyvənd olunub. Britaniya ştammı istənilən yaş qrupuna yoluxur. Lakin xəstəliyi ağır keçirənlər yaşlılar və yanaşı xəstəliyi olanlardır. Bu səbəblə də bayram günlərində xüsusilə təmasları azaltmaq vacibdir".