Qasparyan hazırda iş başındadır
18.03.2021
Ermənistan mətbuatında işdən çıxarılmış baş qərargah rəisi Onik Qasparyanın hazırda iş başında olduğu xəbərləri yayılıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Sputnik Armenia"nın hərbi çevrələrdəki özəl mənbələri bu barədə məlumat ötürüb.
Mənbəyə görə, O.Qasparyan bu gün səhər işə gəlib və hazırda baş qərargahda iş başındadır. Bildirilir ki, Qasparyan dünən də baş qərargahda olub.