Bakıda müşahidə edilən dumanlı havanın SƏBƏBİ
18.03.2021
"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir”.
DM xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub: "Belə hava şəraiti bu gün gündüz və martın 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək”.