Paşinyan “Samo” ləqəbli canini Xankəndiyə göndərir
17.03.2021
Ermənistanın Baş naziri Nikol Paşinyan I Qarabağ müharibəsində "Samo” ləqəbli cani Samvel Babayanı Xankəndiyə göndərmək istəyir.
DM Publika.az-a istinadən xəbər verir ki, Paşinyan Babayandan Xankəndidə baş separatçı Araik Arutyunyana alternativ kimi istifadə etmək niyyətindədir.
Erməni mənbələr hazırda Nikolla Samvel arasında bu istiqamətdə danışıqlar getdiyini yazır.
S.Babayan qondarma rejimin "müdafiə naziri” olub, Paşinyan hakimiyyətə gəldikdən sonra qondarma rejimdə "milli təhlükəsizlik şurasının katibi” vəzifəsinə gətirilib. 44 günlük müharibədən sonra İrəvana qaçıb.