21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABB-dən UNEC-in tələbələri üçün möhtəşəm hədiyyə

17.03.2021

Azərbaycan Beynəlxalq Bankı (ABU) korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutunun professoru Conatan Qruberin "Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr etdirib.

DM xəbər verir ki, ABB-nun ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək məqsədilə nəşr etdirdiyi kitabın UNEC-də təqdimatı olub. Yüksək keyfiyyətlə nəşr olunmuş kitabın 50 nüsxəsi ABB tərəfindən UNEC-in kitabxana fonduna hədiyyə edilib.

Professor Conatan Qruberin müəllifi olduğu kitab dövlət maliyyəsi və dövlət siyasəti mövzusu ilə maraqlananlar üçün ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris zamanı fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Burada öz əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.

UNEC-in akademik heyəti və tələbələri "Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını UNEC-in kitabxanasından əldə edə bilərlər.