Paşinyan hakimiyyəti ombudsmanı iqtidara tabe etdirmək istəyir
17.03.2021
Ermənistanda ombudsman təsisatının hakimiyyətə tabe etdirilməsi ilə bağlı proses başladılıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ombudsman Arman Tatoyan özü məlumat verib.
O qeyd edib ki, hökumət ombudsman aparatı üzərində maliyyə nəzarətini gücləndirmək üçün yeni bir layihə hazırlayıb. Aparatın maliyyə təminatı ilə layihə artıq təsdiqlənsə də, A.Tatoyanla məsləhətləşmə aparılmayıb və onun fikirləri nəzərə alınmayıb.
"Bu məsələ ombudsman təsisatının müstəqilliyin qorunması baxımından son dərəcə təhlükəlidir", - deyə insan hüquqları müvəkkili bəyan edib.