Erməni aktyor Hovhannes Azoyana TƏNQİD
17.03.2021
Erməni aktyor Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın "Facebook" səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistanı qarışdırıb.
Mehriban Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı çəkdirdiyi fotosunu paylaşıb. Erməni aktyor Hovhannes Azoyan həmin paylaşımın altına "İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın” - deyə şərh yazıb. Ermənilər isə Azoyanı bu sözlərinə görə sərt tənqid atəşinə tutublar. Onu xainlikdə günahlandırıblar.
Qeyd edək ki, Hovhannes Azoyan 1982-ci ildə doğulub, Ermənistanın ən məşhur aktyorlarından biridir.
Bəhs edilən fotonu təqdim edirik: