Vatikanda keşişlər arasında qarşıdurma yarandı
17.03.2021
Vatikanda bir qrup katolik keşiş eynicinsli insanlar arasında nikahlara xeyir-dua verəcəklərini bildiriblər.
DM-in Reuters-ə istinadən verdiyi xəbərə görə, onlar qeyd ediblər ki, bu günə qədər bilinən doktrinaların əksinə, bütün insanlar Tanrının xeyir-duasına möhtacdırlar: "Sevənlər evlənərkən onları Tanrı mərhəmətindən uzaq saxlamamaq üçün dualar oxumağa hazırdırlar".
Helmut Şullerin rəhbərlik etdiyi keşiş təşkilatı 2006-cı ildən fəaliyyət göstərir və mərkəzləri Avstriyada yerləşir. Bu təşkilat uzun illərdir katolik keşişlərə evlənmək icazəsinin verilməsi uğrunda mübarizə aparır. Onlar, həmçinin, qadınların da keşiş ola biləcəyini iddia edirlər.
Vatikan eynicinsli insanlar arasında nikahı günah hesab edir. Roma Papası Fransisk bəyan etmişdi ki, homoseksuallar hətta ən böyük mömün olsalar belə, onlar arasında dini nikah yolverilməzdir və bu diskriminasiya kimi qiymətləndirilməməlidir.