Supergüclərin görüş detalları niyə AÇIQLANMIR?
26.07.2018
Vaşinqton ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin görüşünün təfərrüatlarının açıqlanmamasının səbəblərini bəyan edib.
"Dövran Media" xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo prezidentlərin görüşünün təfərrüatının açıqlanmamasının gələcək danışıqlara xələl gətirməmək üçün edildiyini bildirib.
"Bu, şəxsi danışıqların necə olacağına dair çox əhəmiyyətli bir qərardır. Axı, sizin digər şəxsi danışıqlar olacağına dair ümidləriniz ola bilər” – Pampeo qeyd edib.
Onun sözlərinə görə gələcəkdə real nəticələr göstərəcək daha bir neçə şəxsi görüşlər ola bilər.
Pampeo bu mövzunu ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ilə eyniləşdirib. O, Trampla Putinin görüşünün təfərrüatlarının gizli saxlanmasının elə Kim Çen Inla görüşdə alınan qərarla eyni olduğunu bildirib. Yəni hər ikisində də gələcək görüşlərdə daha gözəl nəticələr əldə etməyə ümid edilir
Qeyd edək ki, mətbuatda Donald Trampın Vladimir Putinlə növbəti görüşünün xüsusi prokuror Robert Müllerin apardığı "Rusiya işi” ilə əlaqədar təxirə salındığı bildirilib.