Şoyqu Qarabağdan və "Turan Ordusu"ndan DANIŞDI
17.03.2021
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın "Tengrinews" portalına müsahibə verib.
DM Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Şoyqu müxtəlif məsələlərdən danışıb.
Qarabağdan danışarkən Şoyqu qeyd edib ki, Putin münaqişənin həlli üçün titanik səylər göstərib. O, Rusiyanın rolunu yüksək qiymətləndirib. Şoyqu həmçinin Qazaxıstanla bağlı danışıb. Nazir söyləyib ki, Rusiya və Qazaxıstan arasında hələ 1998-ci ildə sərhədlərin tam demarkasiyası həyata keçirilib.
"Üstəlik, sərhəd müqaviləsi imzaladıq. 2005-ci ildə imzalanıb", - deyə Rusiya MN başçısı əlavə edib.
"Turan Ordusu" haqqında suala isə Şoyqu sualla cavab verib: "Nə üçün və kimə qarşı?. Xatırladıram ki, Rusiyada da çoxsaylı türkdilli xalqlar yaşayır”.
Ukrayna ilə Rusiya münasibətlərinə toxunan hərbçi bu mövzuda ABŞ-ı və Qərbi ittiham edib.