Ermənistanda etiraz aksiyası
17.03.2021
Ermənistan müxalifəti İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir.
DM xəbər verir ki, baş nazir Nikol Paşinyanın Təhsil Nazirliyinə gəlişi gözlənilir. Buna görə də müxalifət təmsilçiləri binanın qarşısına yığışıblar.
Əraziyə polis qüvvələri cəlb edilib. Polis hökumət binasını mühasirəyə alıb.