Adnanın evini yıxırlar
25.07.2018
Adnan Oktarın təxminən 30 ildir yaşadığı Qəndillidəki villası söküləcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, 60 nəfərin yaşadığı 100 otaqlı villa və ətrafındakı obyektlərin hamısının qeyri-qanuni tikildiyi bəlli olub. Yaxın vaxtlarda 4500 kvadrat metr ərazisi olan villanın sökülməsinə başlanılacaq.