"Hər üç nikahdan biri boşanma ilə nəticələnir" - Fazil Mustafa
16.03.2021
"Son 3 ayda ərzaq və tikinti materiallarının qiyməti hədsiz artıb. Pandemiya zamanı insanlar işlərini itiriblər. 1 292 nəfərə işsizlikdən sığorta ödənişi edilib. İşsiz əhalinin sayı kifayət qədər artmaqdadır”.
DM-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda sosial problem acınacaqlı vəziyyətdədir:
"Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Ancaq onların əksəriyyətinin qapısı bağlıdır”.