Şəhərə toz dumanı yayılıb
25.07.2018
Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Qeyd edilir ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.