Türkiyədə Qarabağ zəfəri şərəfinə xatirə sikkələri zərb edildi
16.03.2021
Türkiyədə Azərbaycanın Qarabağ zəfərinin şərəfinə xatirə sikkələri zərb edilib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simgələmək və şəhidlərin xatirəsini yaşatmaq üçün xatirə sikkələri zərb edilib.
Sikkənin üzərində Azərbaycan xəritəsi və Xarı bülbülün təsviri yer alıb. Kənarlarda isə "Karabağ Azerbaycandır!" şüarı yazılıb. Təsvirləri rəssam Refik Aziz hazırlayıb. Xatirə sikkələrinin ümumi sayı 1 650 ədəddir.