Hulusi Akar onlayn toplantı keçirdi
15.03.2021
Türkiyənin milli müdafiə naziri Hulusi Akar onlayn formada toplantı keçirib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Toplantıda baş qərargah rəisi Yaşar Güler, generallar və birlik komandanları iştirak edib. Görüşə həmçinin Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən türk heyəti təmsil edən hərbçi də qatılıb.