Diş məcunu bu xəstəliyə səbəb olurmuş - ARAŞDIRMA
25.07.2018
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, ABŞ-ın Texas Universitetinin alimləri belə qənaətə gəliblər ki, diş məcununda və kosmetik vasitələrdəki titan dioksidi E171 2-ci tip şəkər yarada bilər.
Onların bu tədqiqatı Chemical Research in Toxicology jurnalında dərc edilmişdir. Qeyd olunduğu kimi, bu kimyəvi maddə ağardıcı xüsusiyyətə malik olduğu üçün kosmetologiya və yeyinti sənayesində geniş istifadə olunur. Həm də bu, insan ücün zərərsiz hesab olunurdu. Zərərli rəngləyici maddələrin yerinə gələn E171-in xüsusiyyəti XX əsrin ortalarında aşkarlanıb. 1970-ci illərdə isə artıq kütləvi istehsalına başlanıb. Alimlərin sözlərinə görə elə o vaxtdan da 2-ci tip şəkərli diabet xəstəliyinin sayı 4 dəfə artmağa başlayıb. Beləliklə, onlar hesab edirlər ki, bu kimyəvi maddə diabetə səbəb ola bilər. Bunu təsdiq etmək ücün
könüllülərdən ibarət 11 nəfərlik qrup yaradılmış və onların mədəaltı vəzlərinin hücüeyrələrindən nümunə götürərək tədqiqat aparılmışdır. Nəticədə analizində titan dioksidi olan 8 nəfər ikinci tip diabet xəstəsi olub, qalan 3 nəfərin analizində isə bu kimyəvi maddə aşkarlanmadığından tam sağlam olublar. Bununla da, alimlər belə qənaətə gəliblər ki, həqiqətən də titan dioksidi insanda 2-ci tip şəkərli diabet xəstəliyi yarada bilər. Ona görə də sayca daha çox adam üzərində tədqiqat aparmaq nəzərdə tutulur. Hal-hazırda
dünyada 422 milyon nəfər şəkərli diabet xəstəsidir, onlardan 90 faizi isə məhz ikinci tip diabetdir.