Bayram günlərində peyvənd məntəqələri işləyəcək?
15.03.2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramı günlərində peyvənd məntəqələrinin fəaliyyəti göstərməsi ilə bağlı suallara aydınlıq gətirib.
DM xəbər verir ki, Agentlik peyvənd məntəqələrinin bayram günlərində bazar günləri istisna olmaqla növbəlilik prinsipi ilə işləyəcəyini bildirib.
Qeyd edək ki, vaksinasiya prosesinə nəzarəti Bakı şəhərində Səhiyyə Nazirliyi, regionlarda isə TƏBİB həyata keçirir.
Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.