Ceyhun Bayramovdan AÇIQLAMA
15.03.2021
"Azərbaycan İsveç ilə əməkdaşlığı yüksək qiymətləndirir”.
DM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşün yekununda deyib.
Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
"Həmçinin ölkələr arasındakı münasibətlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində inkişaf edir”, - nazir bildirib.