Gürcüstanın baş naziri müxalifətlə dialoqda iştirak etməyəcək
12.03.2021
Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalifətlə dialoq prosesində iştirak etməyəcək.
DM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasından məlumat verilib.
Qeyd edilib ki, partiyanı dialoq prosesində partiya sədri olan İrakli Kobaxidze və parlament nümayəndələri Arçil Talakvadze və Kaxa Kuçava təmsil edəcəklər.