Ermənistan ordusu da təlimlərə başlayır
12.03.2021
Ermənistan Silahlı Qüvvələri 7,5 min əsgərin iştirakı ilə təlimlər keçirəcək.
DM xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Silahlı Qüvvələrin 2021-ci il hazırlıq planına əsasən, 16-20 mart tarixlərində taktiki və taktiki-peşəkar təlimlər keçiriləcək. Təlimlərdə ümumqoşun və xüsusi təyinatlı bölmələrin iştirak edəcəyi bildirilir.
Təlimlərə təxminən 7,5 min hərbi, 200-ə yaxın raket və artilleriya, 150 tank əleyhinə sistem, 100-ə yaxın zirehli texnika, 90 hava hücumundan müdafiə bölməsi qatılacaq.
Təlimlərdə Hərbi Hava Qüvvələrinin də iştirak edəcəyi bildirilib.