21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvanda panika

12.03.2021

Ermənistanda son günlər Qarabağda yeni müharibə olacağı barədə ciddi təşvişlə müşahidə olunan müzakirələr gedir.

DM xəbər verir ki, yazın gəlişi ilə Azərbaycanın bəzi güzəştlərdən imtina edəcəyi, xüsusilə Qarabağda qalan erməni ordusunun tör-töküntüləri və terrorçulara qarşı əməliyyat keçirəcəyi iddia edilir.

Siyasi şərhçi Asif Nərimanlı Ermənistandakı bu iddiaların 3 səbəblə izah edildiyini açıqlayıb: Azərbaycan İsraildən 2 milyard dollar məbləğində silah alınması ilə bağlı müqavilə imzalayıb; Azərbaycan Ordusu 10 min canlı qüvvə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-ların iştirakı ilə anti-terror təlimləri keçirəcək (15-18 mart); Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq cəhdləri haqda "onları buna məcbur edəcəyik” deyib.

Bu gün isə keçmiş və qondarma "dqr”in separatçı-terrorçu rəhbərinin sabiq "müşaviri” Tiqran Abramyan erməniləri "sakitləşdirən" açıqlama yayıb. O iddia edib ki, yaxın perspektivdə Qarabağda hərbi əməliyyatlar istisnadır, orta perspektivdə az ehtimal var, uzaq perspektivdə isə mümkündür.

T.Abramyan yaxın müddətdə hərbi əməliyyatların yenilənməsini rus sülhməramlılarına görə istisna edib. O bildirib ki, Rusiya yeni hərbi toqquşmaya imkan verməyəcək.

Qeyd edək ki, Qarabağda, rus sülhməramlılarının məsuliyyət zonasında erməni silahlılarının "postlarda” qulluq keçdiyinə dair videolar paylaşılır. Bu isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata ziddir. Bəyanata görə, erməni silahlı birlikləri Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməlidir.

Erməni ordusunun 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisini tərk etməyən əsgərlərini Azərbaycan terrorçular olaraq tanıyır. Buna görə də Ermənistanda Azərbaycan Ordusu və DTX-nin antiterror əməliyyatı keçirə biləcəyi və bunun aprelə qədər mümkünlüyü haqda ciddi iddialar səsləndirilir.